...

Bakıda həmişəyaşıl ağac və kol bitkiləri əkildi (FOTO)

Cəmiyyət Materials 2 Mart 2016 17:53 (UTC +04:00)
Bakı-Şamaxı-Yevlax, Zığ dairəsi-Hava limanı, Bakı Dairəvi-1 avtomobil yollarında, həmçinin Xətai rayonu Yusif Səfərov küçəsində ağacəkmə kampaniyası keçirilib.
Bakıda həmişəyaşıl ağac və kol bitkiləri əkildi (FOTO)

Bakı. Trend:

Bakı-Şamaxı-Yevlax, Zığ dairəsi-Hava limanı, Bakı Dairəvi-1 avtomobil yollarında, həmçinin Xətai rayonu Yusif Səfərov küçəsində ağacəkmə kampaniyası keçirilib.

"Azəryolservis" ASC-dən Trend-ə verilən məlumata görə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşviqabad qəsəbəsindən keçən hissəsində yol kənarlarında 150 ədəd müxtəlif növ ağac, Bakı Dairəvi-1 avtomobil yolunda 100 ədəd Eldar şamı, Babək prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində yerləşən yolötürücünün alt hissəsində və Yusif Səfərov küçəsinin yolayrıcında yerləşən yaşıllıq zolaqlarında 200-dən artıq həmişəyaşıl Liqustrum bitkisi, Zığ dairəsi-Hava limanı avtomobil yolunun kənarlarında isə 2 min ədəd həmişəyaşıl Liqustrum ağacı əkilib.

Əvvəlcə sözügedən ərazilər bitkilərin əkilməsi üçün hazır vəziyyətə gətirilib. Daha sonra quyular qazılıb və kol bitkisi əkilib. Əkilən bitkilərə üzvi gübrə verilərək, suvarılıb.

Qeyd edək ki, "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycanda ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair və meşələrin bərpa edilməsi, artırılmasına dair milli proqramların, eyni zamanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planının icrasının təmin edilməsi istiqamətində vacib addımlar atılır. Avtomobil yollarının mühafizə zolağında yaşıllıqların salınması, bərpası və becərilməsi sahəsinin davamlı inkişafını təmin etmək məqsədi ilə aparılan işlər sürətlə davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti