...

Azərbaycanda hər 10 min nəfərə 35 həkim düşür

Cəmiyyət Materials 7 Mart 2016 12:05 (UTC +04:00)
Azərbaycanda əhalinin hər 10 min nəfərinə 35 həkim düşür.
Azərbaycanda hər 10 min nəfərə 35 həkim düşür

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda əhalinin hər 10 min nəfərinə 35 həkim düşür.

Trend xəbər verir ki, bu barədə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabat"ında bildirilir.

Hesabatda həmçinin qeyd olunur ki, əhalinin xəstəxana çarpayıları ilə təminatı 49,1-ə bərabər olub.

Ötən il hər xəstəxana çarpayısının orta məşğulluq göstəricisi 251 gün olub.

İl ərzində bir nəfərə düşən ambulator gəlişlərin sayı 4,7-dən 5-ə qədər artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti