...

Avtomobil yollarının kənarlarına 25 mindən artıq ağac əkildi (FOTO)

Cəmiyyət Materials 7 Mart 2016 17:22 (UTC +04:00)

Bakı. Trend:

Ekoloji balansın bərpası, ətraf mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin diqqətdə saxladığı mühüm məsələlərdən biridir.

Bu məqsədlə, cəmiyyət tərəfindən ölkə boyu yaşıllaşdırma istiqamətində vacib addımlar atılır, ağacəkmə və digər kampaniyalar uğurla davam etdirilir.

"Azəryolservis" ASC-dən Trend-ə verilən məlumata görə, Hacıqabul, Salyan, Şəki, Tovuz, Ağstafa və Bərdə rayonlarında, həmçinin Gəncə şəhərində yerləşən Yol Yaşıllaşdırma MMC-ləri tərəfindən yaşıllaşdırma tədbriləri davam etdirilir.

Ağacəkmə aksiyalarına yüzlərlə işçi və onlarla maşın-mexanizm cəlb edilib. Keçirilən tədbirlər zamanı ərazi kənar əşyalardan təmizlənir, quyular qazılır və ağaclar əkilir. Əkilən ağaclar üzvi gübrə verilərək suvarılır.

Belə ki, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Kürdəmir, Gəncə-Şəmkir, Şəmkir-Tovuz və Tovuz-Ağstafa hissələrinin kənarlarına, həmçinin Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Salyan və Biləsuvar rayonlarının ərazisindən keçən hissəsinin mühafizə zolaqlarına 18 min ədəd müxtəlif növ ağacların əkilməsi işləri aparılıb və hazırda da davam etdirilir.

Bundan başqa, Gəncə-Samux və Yevlax-Bərdə avtomobil yollarının kənarlarına 5 min ədəd, Şəki, Qax, Balakən, Zaqatala, Oğuz sahələrinə isə ümumilikdə 3 min ədəd müxtəlif növ ağaclar əkilib.

Qeyd edək ki, əkilən ağaclar "Azəryolservis" ASC-nin Yol Yaşıllaşdırma MMC-lərinin tinglik sahələrində yetişdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti