...

Azərbaycanda məskunlaşmış alman koloniyaları ilə bağlı sənədli film çəkiləcək

Cəmiyyət Materials 27 May 2016 12:58 (UTC +04:00)
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) almaniyalı kino mütəxəssislərlə görüş keçirilib.
Azərbaycanda məskunlaşmış alman koloniyaları ilə bağlı sənədli film çəkiləcək

Bakı. Trend:

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) almaniyalı kino mütəxəssislərlə görüş keçirilib.

BBMM-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, almaniyalı diplomat Ortvin Hennig, kinossenarist, professor Gunter Konrad və tanınmış prodüser Friedhelm Brücknerin təmsil olunduğu nümayəndə heyəti Azərbaycanda olduqları müddətdə xalqımızın qonaqpərvərliyinə heyran qaldıqlarını, ölkəmizdə mövcud olan çoxəsrlik multikultural mühitlə əyani şəkildə tanış olduqlarını deyiblər.

Nümayəndə heyətinin Azərbaycana səfərlərinin məqsədi vaxtilə Azərbaycanda və Gürcüstanda koloniya şəklində məskunlaşan alman koloniyaları ilə bağlı sənədli film çəkməkdir.

BBMM-in müşaviri Aytən Qəhrəman Azərbaycanın əsrlərə söykənən multikultural dəyərləri, tolerantlıq ənənələri ilə bağlı məlumat verib.

Müşavir bildirib ki, ölkəmizdə dinc, yanaşı şəkildə yaşayan onlarla xalqın nümayəndəsi kimi almanlar da Azərbaycanda məskunlaşdıqları XIX əsrin əvvəllərindən etibarən xalqımızla qaynayıb-qarışaraq çox mehriban və səmimi yaşayıblar.

A.Qəhrəman almanların Azərbaycanın ictimai, mədəni həyatındakı rolunu yüksək dəyərləndirərək ölkəmizin multikultural palitrasına almanların da xüsusi rəng qatdıqlarını vurğulayıb.

Filmin çəkilişində Mərkəzin əlaqələndirici rolunun vacibliyindən danışan müşavir qurumun səlahiyyətləri çərçivəsində Azərbaycanda yaşayan alman icması ilə yaxından əlaqə qurmaq istiqamətində yardımçı olmağa, filmin çəkilişi ilə bağlı müvafiq köməyi göstərməyə hazır olduğunu diqqətə çatdırıb.

Bu ilin sentyabr ayında çəkilişlərinə başlanılacaq 42 dəqiqəlik filmdə Azərbaycanın Gəncə şəhərində, Şəmkir, Tovuz, Agstafa, Göygöl rayonları ərazisində kompakt şəkildə yaşamış alman icmasının məskunlaşma tarixi, buradakı həyat tərzi ekranlaşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti