...

Bakıda güclü külək, rayonlarda qar

Cəmiyyət Materials 26 Yanvar 2017 13:16 (UTC +04:00)
Yanvarın 27-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Bakıda güclü külək, rayonlarda qar

Bakı. Trend:

Yanvarın 27-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3 , gündüz 4-7, Bakıda gecə 1-3, gündüz 4-6 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcək.

Xəbərdarlıq: Qar yağacaq, yollar buz bağlayacaq

Xəbərdarlıq: Qar yağacaq, yollar buz bağlayacaq

Yanvarın 27-də Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq arabir yağış, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3 şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 27-də Abşeron yarımadasında gündüz güclü xəzri küləyi meteohəssas insanlar üçün əlverişsizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti