...

Xəbərdarlıq: Qar yağacaq, yollar buz bağlayacaq

Cəmiyyət Materials 26 Yanvar 2017 13:02 (UTC +04:00)
Azərbaycan sinoptikləri hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edirlər.
Xəbərdarlıq: Qar yağacaq, yollar buz bağlayacaq

Bakı. Trend:

Azərbaycan sinoptikləri hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 27-si gündüzdən ayın sonunadək hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Arabir yağış yağacaq, bəzi yerlərdə sulu qara, qara keçəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

Şimal və qərb rayonlarından başlayaraq Azərbaycanın rayonlarında yanvarın 27-dən ayın sonunadək hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu tədricən 4-7 dərəcə aşağı enəcək. Yolların buz bağlama ehtimalı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti