Bakı. Trend:
“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.
Qurumun mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, müvafiq işlər bu axşam saat 22:00- dan etibarən Nərimanov rayonu, Ağa Neymətulla küçəsində, Səbail rayonunun isə Azərbaycan prospekti və Şıxəli Qurbanov küçəsində davam etdiriləcək.
İşlərin səhər saatlarınadək yekunlaşdırılması nəzərdə tutulub.