...

ADU-da 3 yeni elmi-tədqiqat laboratoriyası yaradılıb

Cəmiyyət Materials 5 İyul 2017 14:16 (UTC +04:00)
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdullanın təşəbbüsünə əsasən universitetdə yeni laboratoriyalar yaradılıb.
ADU-da 3 yeni elmi-tədqiqat laboratoriyası yaradılıb

Bakı. Trend:

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdullanın təşəbbüsünə əsasən universitetdə yeni laboratoriyalar yaradılıb.

ADU-nun İnformasiya Departamentindən Trend-ə verilən məlumata görə, ADU Elmi Şurasının iclasında universitetdə Azərbaycanşünaslıq, Rusiyaşünaslıq və Multikulturalizm elmi-tədqiqat laboratoriyalarının açılması barədə qərar qəbul olunub.

Qeyd edək ki, laboratoriyaların açılmasında məqsəd sadalanan istiqamətlərdə elmi-tədqiqat işlərinin aparılması və bu sahədə universitetdəki boşluğun aradan qaldırılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti