...

ADA Universiteti və "Təmiz Şəhər"in Yay Düşərgəsi açılıb (FOTO)

Cəmiyyət Materials 10 İyul 2017 13:26 (UTC +04:00)
Bu gün ADA Universiteti və “Təmiz Şəhər” ASC-nin təşkil etdiyi Yay Düşərgəsinin açılışı keçirilib.
ADA Universiteti və "Təmiz Şəhər"in Yay Düşərgəsi açılıb (FOTO)

Bakı. Trend:

Bu gün ADA Universiteti və “Təmiz Şəhər” ASC-nin təşkil etdiyi Yay Düşərgəsinin açılışı keçirilib.

ASC-dən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev yay məktəbinin ADA Universitetinin təhsil standartlarına cavab verdiyini vurğulayaraq, yeniyetmələrin öyrədici və əyləncəli düşərgədə faydalı biliklər əldə edəcəyini bildirib.

“Təmiz Şəhər” ASC-nin şöbə müdiri Sabit Zeyniyev yay düşərgələrinin yeniyetmə və gənclər üçün faydaları barədə məlumat verib. Gənclər çox vaxt gələcək karyeralarını bu cür məktəblərdə müəyyən edirlər. “Təmiz Şəhər”in təşkil etdiyi əvvəlki yay məktəblərinin iştirakçılarından bir neçəsi daha sonra səhmdar cəmiyyətdə işləməyə başlayıb.

Builki düşərgədə iştirak edəcək 9-14 yaşlı 40 məktəbli 28 iyul tarixinədək düşərgədə olacaqlar.

Düşərgə proqramı akademik və yaradıcı hissədən ibarət olacaq. İştirakçılar ümumi dünyagörüşünü, məntiqi təfəkkürünü inkişaf etdirəcək, yeni dostlar qazanacaqlar. Onlara kommunikasiya, media, fotoqrafiya, kompyuter proqram təminatı kimi sahələr üzrə də dərslər keçiləcək.

Bununla yanaşı, məktəblilər tullantılarla rəftar, tullantılardan alternativ enerjinin alınması, ətraf mühitin qorunması, Bakıda tullantıların idarə olunması ilə bağlı təlimlərdə iştirak edəcəklər. Onlar Balaxanı qəsəbəsindəki tullantıların çeşidlənməsi və tullantıların yandırılması zavodlarında, Balaxanı Sənaye Parkında iş prosesi ilə yerində tanış olacaqlar.

Həmçinin, məktəblilər üçün bərk məişət tullantılarından faydalı əşyalar düzəltmək üçün ustad dərsləri təşkil ediləcək, Qala qəsəbəsində yerləşən “Tullantıdan Sənətə” muzeyinə tur təşkil olunacaq. Burada iştirakçılara tullantı materiallarından istifadə edərək müxtəlif əşyaların hazırlanması öyrədiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti