...

"Qarabağ"ın oyunundan sonra Bakı metrosu 1 saata 25 mindən çox sərnişin daşıyıb (ÖZƏL) (FOTO)

Cəmiyyət Materials 28 Sentyabr 2017 10:46 (UTC +04:00)
Sentyabrın 27-də Bakıda keçirilən "Qarabağ" - "Roma" oyunundan sonra Bakı metrosuna 25 mindən artıq sərnişin daxil olub.
"Qarabağ"ın oyunundan sonra Bakı metrosu 1 saata 25 mindən çox sərnişin daşıyıb (ÖZƏL) (FOTO)

Bakı. Samir Əli - Trend:

Sentyabrın 27-də Bakıda keçirilən "Qarabağ" - "Roma" oyunundan sonra Bakı metrosuna 25 mindən artıq sərnişin daxil olub.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, sərnişinlərin sayı həddindən artıq çox olduğundan onlar stansiyaya mərhələlərlə buraxılıb:

"Həmin gün gecə saat 22:00-23:00 radələrində, yəni bir saat ərzində stansiyalarla 25 mindən artıq sərnişin daşınıb. Platformada problem yaranmaması üçün sərnişin axını nizamlanıb, müəyyən yerlərdə sərnişinlərin hərəkətinə müəyyən müddətə məhdudiyyətlər də qoyulub. Sərnişinlər mərhələ-mərhələ stansiyalara buraxılıb".

Qeyd edək ki, ötən gün Çempionlar Liqası çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən "Qarabağ" - "Roma" qonaqların 2:1 hesabı qələbəsi ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti