...

Bakıda 2 yeni küçə yaradıla bilər - "Torqovı" kimi

Cəmiyyət Materials 20 Noyabr 2017 12:59 (UTC +04:00)
Azərbaycanda turizmin inkişafı məqsədilə Bakıda Nizami küçəsinin "Torqovı" adı ilə tanınan hissəsi kimi daha iki küçənin yaradılması ilə bağlı təkliflər var.
Bakıda 2 yeni küçə yaradıla bilər - "Torqovı" kimi

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda turizmin inkişafı məqsədilə Bakıda Nizami küçəsinin "Torqovı" adı ilə tanınan hissəsi kimi daha iki küçənin yaradılması ilə bağlı təkliflər var. Trend-in məlumatına görə, bunu Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə Bakı Şəhər Halqasının Media Klubunun təşkil etdiyi debatda deyib.

K.Quluzadə qeyd edib ki, Mərkəzi Univermaqdan "5 mərtəbə"yə gedən küçələrin ikisinin avtomobil hərəkəti olmadan gəzinti küçəsi olması nəzərdə tutulur: “Bununla bağlı təkliflər var, lakin hansı qərarın veriləcəyi barədə indidən danışmaq çətindir”.

K.Quluzadə həmçinin bildirib ki, bələdçi akademiyasının yaradılması ilə bağlı təkliflər var: "Bir çox bələdçilər Azərbaycan tarixini və mədəniyyətini, yer adlarını düzgün bilmədiyi üçün turistlərə düzgün məlumat vermirlər: “Ona görə də istəyirik ki, peşəkar bələdçilər hazırlansın”.

Onun sözlərinə görə, həmçinin Gürcüstanla birgə regional turizm paketlərinin hazırlanması nəzərdə tutulur: “Bu paket çərçivəsində turist həm Gürcüstana, həm də Azərbaycana səfər edəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti