...

Baş konsul: Batumidə yanğında xəsarət alanlar arasında azərbaycanlılar yoxdur

Cəmiyyət Materials 25 Noyabr 2017 11:36 (UTC +04:00)
Batumidə “Leogrand” mehmanxanasında baş vermiş yanğın nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur
Baş konsul: Batumidə yanğında xəsarət alanlar arasında azərbaycanlılar yoxdur

Bakı. Ləman Zeynalova - Trend:

Batumidə “Leogrand” mehmanxanasında baş vermiş yanğın nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur.

Bunu Trend-ə Azərbaycanının Batumidəki baş konsulu Rəşad İsmayılov deyib.

Konsul hazırda konsulluq əməkdaşları ilə birgə hadisə yerində olduqlarını deyib: “Yanğın nəticəsində xəsarət alanların şəxsiyyətinin müəyyənləşdirilməsi başa çatıb. Acarıstan Səhiyyə Nazirliyinin məlumatlarına əsasən deyə bilərəm ki, bu anadək xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur. Bununla belə, biz xəstəxanalarla ünsiyyəti davam etdiririk və məlumatları dəqiqləşdiririk”.

Qeyd edək ki, ötən gün Batumi şəhərində "Leoqrand" mehmanxanasında yanğın baş verib.

Hadisə nəticəsində 11 nəfər həlak olub, 21 nəfər isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti