...

ABŞ səfirliyi Azərbaycan regionlarında gənc məcburi köçkünlərin bacarıqlarını artırır

Cəmiyyət Materials 1 Fevral 2018 16:00 (UTC +04:00)
ABŞ səfirliyi Azərbaycan regionlarında gənc məcburi köçkünlərin bacarıqlarını artırır.
ABŞ səfirliyi Azərbaycan regionlarında gənc məcburi köçkünlərin bacarıqlarını artırır

Bakı. Trend:

Yanvarın 31-də ABŞ səfirliyinin nümayəndələri Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə birlikdə diplomatik nümayəndəlik tərəfindən maliyyələşdirilən "Vətəndaş cəmiyyətində iştirak üçün gənc məcburi köçkünlərin bacarıqlarının gücləndirilməsi" layihəsinin başa çatmasını qeyd edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, 2017-ci ilin noyabr ayında başlayan layihəyə kiçik icma layihələrində və teatr səhnələrində iştirak edən Tərtər, Bərdə və Ağdam rayonları üzrə 75-dən çox gənc məcburi köçkün cəlb edilib. Layihələr sosial məsələlər - narkotiklərdən istifadəyə qarşı və ətraf mühitin qorunması ilə bağlı ictimai məlumatlılığı, gənclərin peşə və həyat təcrübələrini artırmaqla bərabər məcburi köçkünlərin istedadlarını nümayiş etdirib. Teatr səhnələri hər üç bölgə icmalarına müraciət edərək, cəmiyyətdə gender əsaslı zorakılıqların qarşısının alınması, cəmiyyətdə zorakılığın və ekstremizmin aradan qaldırılması və sülh quruculuğuna yönəlib.

Xatırladaq ki, ABŞ səfirliyi 2017-ci ildə cəbhə bölgələrində məcburi köçkün cəmiyyətlərinin digər iki layihəsini dəstəkləyib: Tərtər, Ağcabədi, Ağdam və Beyləqan şəhərlərində qadınlara qarşı zorakılığa dair məlumatlılığın artırılması və Bərdə, Tərtər və Ağdamda gənc məcburi köçkünlər üçün kommunikasiya, liderlik və multimediya bacarıqları üzrə təlimlər təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti