...

Yusif Səfərov küçəsində yeni yol keçidləri təşkil olunacaq

Cəmiyyət Materials 8 İyun 2018 17:08 (UTC +04:00)
Yusif Səfərov küçəsində yeni yol keçidləri təşkil olunacaq.
Yusif Səfərov küçəsində yeni yol keçidləri təşkil olunacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Yusif Səfərov küçəsində yeni yol keçidləri təşkil olunacaq.

Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev Trend-ə bildirib ki, bu yay icra ediləcək mühüm layihələrdən biri Yusif Səfərov küçəsində nəqliyyat axınının düzgün idarə edilməsi ilə bağlıdır.

O qeyd edib ki, şəhər mərkəzinə əsas giriş hesab edilən bu küçənin Mehdi Mehdizadə və Nizami küçələri ilə kəsişməsində yeni yol keçidlərinin təşkili planlaşdırılır:

"Bu isə öz növbəsində, Bakı şəhərinin şərq və qərb bölgələri arasındakı avtomatik kommunikasiyanı əhəmiyyətli dərəcədə asanlaşdıracaq və nəqliyyat axınının daha düzgün yayılmasını təmin edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti