...

Səhiyyə Nazirliyi: Mingəçevir İES-də baş vermiş yanğın xəstəxanaların işində problem yaratmayıb

Cəmiyyət Materials 3 İyul 2018 09:39 (UTC +04:00)
Mingəçevir İES-də baş vermiş yanğın xəstəxanaların işində problem yaratmayıb
Səhiyyə Nazirliyi: Mingəçevir İES-də baş vermiş yanğın xəstəxanaların işində problem yaratmayıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Mingəçevir İES-də baş vermiş yanğın xəstəxanaların işində problem yaratmayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovun Trend-ə verdiyi məlumata görə, ölkə ərazisində fəaliyyət göstərən xəstəxanalar generatorla təchiz olunub: "Elektrik enerjisinin verilişi dayandırıldıqda, generatorlar avtomatik işə düşüb və xəstəxanaları fasiləsiz elektrik enerjisi ilə təmin edib. Xəstələr arasında ölüm faktı qeydə alınmayıb".

Qeyd edək ki, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb və nəticədə Bakının, eləcə də ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti