...

Narkotraffikə qarşı mübarizə tədbirləri nəticəsində 734,4 kiloqram narkotik vasitə götürülüb

Cəmiyyət Materials 14 İyul 2018 18:52 (UTC +04:00)
Transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə qarşı mübarizə tədbirləri səmərəli olmaqla bu sahədə müəyyən edilmiş 1708, o cümlədən satışı ilə bağlı olan 525 fakt üzrə cinayətkarlardan 734,4 kiloqram narkotik vasitə götürülüb ki, bu da ötən ilin 6 ayı ilə müqayisədə 131 kiloqram çoxdur
Narkotraffikə qarşı mübarizə tədbirləri nəticəsində 734,4 kiloqram narkotik vasitə götürülüb

Bakı. Trend:

Transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə qarşı mübarizə tədbirləri səmərəli olmaqla bu sahədə müəyyən edilmiş 1708, o cümlədən satışı ilə bağlı olan 525 fakt üzrə cinayətkarlardan 734,4 kiloqram narkotik vasitə götürülüb ki, bu da ötən ilin 6 ayı ilə müqayisədə 131 kiloqram çoxdur.

Trend-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyində 2018-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında məruzə ilə çıxış edən daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov bildirib.

V.Eyvazob bildirib: "Xüsusi plan əsasında cari ilin may ayında başlanılmış tədbirlərlə qanunsuz kultivasiya edilən və yabanı halda bitən 78,8 ton çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib".

Birinci müavin qeyd edib ki, insan alverinə qarşı mübarizədə müvafiq qanunvericilik aktları və Milli Fəaliyyət Planı əsasında görülən işlər ardıcıl davam etdirilir, 105 insan alveri cinayəti müəyyən edilib, 18 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilib, bu faktlar üzrə başlanılmış cinayət işlərinin istintaqı çərçivəsində 17 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub, habelə insan alverinin qurbanı olmuş 66 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti