...

Məşğulluq Mərkəzində təlimi bitirməkdə olan gənclərdən bir qismi işlə təmin olunub (FOTO)

Cəmiyyət Materials 4 Yanvar 2019 16:14 (UTC +04:00)
İş axtarma bacarıqları üzrə təlimi bitirməkdə olan gənclərdən bir qismi artıq işlə təmin olundu
Məşğulluq Mərkəzində təlimi bitirməkdə olan gənclərdən bir qismi işlə təmin olunub (FOTO)

Bakı. Trend:

Ali təhsilli işsiz gənclərin əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Sumqayıt şəhər Məşğulluq Mərkəzində təşkil olunmuş təlimi bitirməkdə olan gənclərdən artıq 3 nəfəri öz ixtisaslarına uyğun münasib iş yeri ilə təmin olunublar.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bir ay əvvəl başlanan təlimə ali təhsil müəssisələrini bitirmiş 16 nəfər gənc cəlb edilib. Təlim zamanı gənclərə aktiv iş axtarma fəaliyyəti üçün zəruri bilik və bacarıqlar, iş axtarma texnologiyaları, işəgötürənlərlə ilkin əlaqələrin yaradılması, öz potensialını işəgötürənə təqdim etmək üçün sınanmış üsullar və s. öyrədilir.

Gənclər təlim zamanı işəgötürənlə ilkin ünsiyyətin qurulması, özünütəqdim etmə, CV və rezüme yazılışlarının ən optimal variantları, müsahibəyə hazırlıq və s.üzrə zəruri bacarıqlar qazanırlar.

Təlimin elə son günlərində gənclərdən artıq bir qisminin burada yiyələndikləri bacarıqlar hesabına iş yeri əldə etmələri belə təlimlərin əhəmiyyətli olduğunu göstərir. Bu səbəbdən də Dövlət Məşğulluq Xidməti tərəfindən belə təlimlərin digər rayon (şəhər) Məşğulluq Mərkəzlərində də təşkili nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti