...

Azərbaycanda 1000-ə yaxın yeni peşə standartı hazırlanacaq

Cəmiyyət Materials 23 Yanvar 2019 14:27 (UTC +04:00)
Avropa İttifaqı ilə birlikdə peşə standartlarının qanunvericilik bazasının hazırlanması istiqamətində işlər yekunlaşıb.
Azərbaycanda 1000-ə yaxın yeni peşə standartı hazırlanacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Avropa İttifaqı ilə birlikdə peşə standartlarının qanunvericilik bazasının hazırlanması istiqamətində işlər yekunlaşıb.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Həvva Haqverdili "Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, peşə standartlarının hazırlanması, tətbiqi və qeydiyyatı qaydaları, eləcə də bacarıqların inkişaf etdirilməsi ilə bağlı Nazirlər Kabinetinin qərar layihəsi aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb: "Layihə bəzi düzəlişlərlə yenidən hökumətə təqdim olunub. Layihə çərçivəsində yaxın 3 ildə 1000-ə yaxın yeni peşə standartlarının hazırlanması nəzərdə tutulur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti