...

UNEC-dən professor-müəllim heyətinin təkmilləşdirilməsi ilə bağlı növbəti addım

Cəmiyyət Materials 19 Fevral 2019 17:33 (UTC +04:00)
2018/19-cu tədris ilinin yaz semestrindən etibarən “Akademik İngilis dili” kurslarına start veriləcək.
UNEC-dən professor-müəllim heyətinin təkmilləşdirilməsi ilə bağlı növbəti addım

Bakı. Trend:

UNEC-də professor-müəllim heyətinin tədris və tədqiqat bacarıqlarının təkmilləşdirilməsi, ingilisdilli ədəbiyyatlara çıxış imkanlarının genişləndirilməsi, müəllimlərin beynəlxalq mübadilə proqramlarında iştirakına şərait yaradılması məqsədilə 2018/19-cu tədris ilinin yaz semestrindən etibarən “Akademik İngilis dili” kurslarına start veriləcək.

Universitetdən Trend-ə verilən məlumata görə, bu məqsədlə ölkədə xarici dil tədrisi sahəsində böyük təcrübəyə malik şirkətlərdən biri olan British Council ilə əməkdaşlıq müqaviləsi imzalanıb və UNEC müəllimləri üçün diaqnostiq APTIS test imtahanı təşkil olunub.

18 fevral 2019-cu il tarixindən APTIS test nəticəsi B1 və yuxarı olan müəllimlər üçün 4 ay müddətinə 96 saat təlimin keçirilməsi nəzərdə tutulub.

Kursların proqramı professor-müəllim heyətinin ixtisas səhələri üzrə akademik ingilis dilində danışma, yazma, dinləmə və oxuma bacarıqlarının təkmilləşdiriməsi məqsədi ilə hazırlanıb və təlim nəticəsində müəllimlərin nüfuzlu beynəlxalq jurnallarda məqalələr çap etdirməsi, mübadilə yolu ilə dünya universitetlərinin tədris fəaliyyətlərində iştirak imkanlarının artırılması və muasir ədəbiyyatla tanışlıq imkanlarının genişləndirilmə hədəflənib.

Müəllimlərin ingilis dili səviyyəsinin yoxlanılması məqsədi ilə kursun sonunda yenidən APTİS imtahanı təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti