Bakı. Trend:
4 iyul 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanquliyev ilə görüş keçirilib.
Trend-in məlumatına görə, görüş zamanı Azərbaycan ilə Türkmənistan arasında ətraf mühit sahəsində fikir mübadiləsi aparılıb, mövcud əlaqələr və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.