...

DİM: Subbakalavrların ixtisas seçimi digər abituriyentlərlə birgə aparılır

Cəmiyyət Materials 24 İyul 2019 22:00 (UTC +04:00)
Bu il 14 mindən çox subbakalavr ali məktəblərə qəbul müsabiqəsində iştirak edir.
DİM: Subbakalavrların ixtisas seçimi digər abituriyentlərlə birgə aparılır

Bakı. İlhamə İsabalayeva – Trend:

Bu il 14 mindən çox subbakalavr ali məktəblərə qəbul müsabiqəsində iştirak edir.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə deyib.

Onun sözlərinə görə, yeni qaydalara əsasən, bu ildən subbakalavrlar ali məktəblərə imtahan vermədən qəbul oluna bilərlər:

"İxtisas seçimində subbakalavrlar da digər abituriyentlər kimi iştirak edəcəklər. Onların seçimi digər abituriyentlərlə eyni vaxtda aparılır".

Qeyd edək ki, subbakalavrlar müsabiqədə müvafiq ixtisas qrupları (müvafiq ixtisaslar) üzrə müəyyən edilən müsabiqə şərti (200 bal, bəzi ixtisaslar üzrə 150 bal) əsasında (qəbul imtahanı verən abituriyentlər yerləşdirildikdən sonra) iştirak edirlər.

Bu gündən başlayan ixtisas seçimi avqustun 6-dək aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti