...

Aİ kənd yerlərində yaşayan qadınlar üçün sahibkarlıq təlimi proqramına start verir

Cəmiyyət Materials 10 Mart 2020 12:40 (UTC +04:00)
2020-ci il yanvarın 28-də Aİ tərəfindən maliyyələşdirilən "Kənd yerlərində sahibkarlığın inkişafına dəstək" layihəsi kənd yerlərində yaşayan qadınlar üçün sahibkarlıq təlimi proqramına start verib
Aİ kənd yerlərində yaşayan qadınlar üçün sahibkarlıq təlimi proqramına start verir

Bakı. Trend:

Aİ tərəfindən maliyyələşdirilən "Kənd yerlərində sahibkarlığın inkişafına dəstək" layihəsi kənd yerlərində yaşayan qadınlar üçün sahibkarlıq təlimi proqramına start verir.

2020-ci il yanvarın 28-də Aİ tərəfindən maliyyələşdirilən "Kənd yerlərində sahibkarlığın inkişafına dəstək" layihəsi kənd yerlərində yaşayan qadınlar üçün sahibkarlıq təlimi proqramına start verib.

Layihə üzrə fəaliyyətlər 8 may 2019-cu ildə başlamışdır. Layihənin tərəfdaşı İqtisadiyyat Nazirliyi, benefisiarları isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir. 30 ay davam edəcək bu layihənin məqsədi Azərbaycanın bütün iqtisadi bölgələrində sahibkarlığın inkişafına və məşğulluğun artırılmasına töhfə vermək və kənd yerlərində rifahı və yaşayış səviyyəsini yüksəltməkdir. Layihə Bakı şəhərində yerləşən EKVITA və CTNC (İspaniya) şirkətlərinin rəhbərlik etdiyi beynəlxalq konsaltinq şirkətləri konsorsiumu tərəfindən həyata keçirilir.

Layihənin vacib məqamlarından biri kənd yerlərində yaşayan qadınların sahibkar olması istiqamətində bacarıq və inamını artırmaqdır.

Təlim iki hissədən ibarətdir. Birinci hissədə yeni təlimçilərin təlim bacarıqlarının artırılmasından bəhs edilib. Bu hissə böyüklərin təlim və öyrənmə üslublarının əsaslarını, effektiv təlimin hazırlanması, həyata keçirilməsi və qiymətləndirmə mövzularını, eləcə də təqdimat texnikalarını əhatə edib. Təlim 28, 29 və 30 yanvar tarixlərində 21 iştirakçının AQSİA, ABAD, KOBİ, ASK və bir sıra özəl sektor təşkilatlarını təmsil etməsi və 22 nəfərin iştirakı ilə Bakıda baş tutub. Proqram beynəlxalq təlim eksperti Ümit Evren-Guroler tərəfindən azərbaycanlı təlim eksperti Orxan Nəbiyev ilə birlikdə hazırlanıb və təqdim olunub.

Təlimin ikinci hissəsi EKVITA şirkətinin dəstəyi ilə kənd yerlərində təqdim ediləcək qadın sahibkarlığı kursundan bəhs edir. Qadın sahibkarlığına dair təlim sahibkarlıq fəaliyyətinə başlamağa hazırlaşan, kənd yerlərində yaşayan qadınlar üçün özünü qiymətləndirmə və özünəinam hissinin artırılması məsələlərini əhatə edir. Təlimdə, həmçinin sahibkarlıq, biznes-ideyanın yaradılması və biznesin planlaşdırılması haqqında əsas məlumatlar da yer alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti