...

Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib (FOTO)

Cəmiyyət Materials 11 Dekabr 2021 16:33 (UTC +04:00)
Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib (FOTO)

Bakı. Trend:

Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərin ruhlarına ehtiram məqsədilə anım mərasimləri keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Vətən müharibəsi şəhidləri baş leytenant Hikmət Səfərov, tibb xidməti leytenantı Adil Əfəndiyev və gizir Ceyhun Abbasovun xatirəsinə həsr olunan tədbirlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, dostları eləcə də döyüş yoldaşları iştirak ediblər.

Mərasimlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasim iştirakçılarına Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə başa çatan Vətən müharibəsindən və şəhidlərin şərəfli ömür və döyüş yolundan bəhs olunub, videoçarxlar təqdim edilib.

Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Şəhidlərimizə həsr olunan şeirlər, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən vətənpərvərliyi tərənnüm edən musiqilər tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti