...

Anamı gözlərimin önündə güllələdilər - Başlıbel qətliamı şahidi

Cəmiyyət Materials 18 Aprel 2022 17:32 (UTC +04:00)
Anamı gözlərimin önündə güllələdilər - Başlıbel qətliamı şahidi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Başlıbel faciəsindən iyirmi doqquz il keçir.

Ermənilərin Başlıbel kəndinə hücumu zamanı yaxında yerləşən mağaralarda mühasirədə qalan kənd sakini Habil Ələsgərov həmin günləri, orada gördüklərini Trend-ə danışıb.

O, həmin faciəni həyəcan və göz yaşları ilə xatırlayaraq bildirib ki, 1993-cü il aprelin 3-də Ermənistan silahlı qüvvələri Kəlbəcərin Başlıbel kəndinə silahlı hücum edərək kənd sakinlərinə məxsus evləri kütləvi surətdə qarət edti və tamamilə yandırdı.

"Mənimlə bir yerdə 62 nəfər kəndimizin yaxınlığında yerləşən mağaralara sığındıq. Bir neçə gün həmin mağaralarda mühasirədə qaldıq. Mağarada olduğumuzdan şübhələnən 4 erməni PK pulemyotu ilə atəş açaraq irəliləyirdi. Mağara atəşə tutulanda anam gözümün qabağında qollarından yaralandı. I və II Dünya Müharibəsi iştirakçısı olan babam Ələsgər Ələsgərov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Bu günədək itkin sayılır və onun barəsində hər hansı məlumat yoxdur. Mağarada sağ qalan əliyalın sakinləri qorumağa çalışan zərdablı Vüqar əsl qəhrəmanlıq göstərirdi. O, son nəfəsinə qədər döyüşərək ermənilərin kahada gizlənənlərin yerini müəyyənləşdirməyə imkan vermirdi. Bir an içərisində cəsarətlə mağaranın ağzına çıxan Vüqar Abdullayev quldurların dördünü də yerə sərdi. Lakin ermənilərdən birinin atdığı qumbara onu şəhid etdi. Ermənilər mağaralarda gizlənənləri tapdıqdan sonra orada 12 günahsız sakinimiz qətlə yetirildi. 14 nəfər girov götürüldü. Məni də girov götürmüşdülər, lakin elə həmin gün qaçıb canımı qurtara bildim. Qaçdıqdan sonra Kəlbəcərin başqa bir kəndində gizləndim. Bu minvalla 113 gündən sonra gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa bildim", - deyə hadisə şahidi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti