...

FHN yanğın baş verən ərazidən son görüntüləri yayıb (VİDEO)

Cəmiyyət Materials 28 Aprel 2022 23:29 (UTC +04:00)
FHN yanğın baş verən ərazidən son görüntüləri yayıb (VİDEO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) yanğın baş verən ərazidən yeni görüntüləri yayıb.

Trend xəbər verir ki, əraziyə 10-dan artıq yanğınsöndürmə briqadası cəlb edilib.

Xatırladaq ki, FHN-nin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində "Azərsun Sənaye Parkı”nın ərazisində yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov yanğın baş verən əraziyə gəlib.

yanğınla mübarizə tədbirlərinə ümumilikdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub.

Yanğının daha geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti