...

Beyləqanda zəhərlənənlər evə buraxıldı

Cəmiyyət Materials 23 İyun 2022 13:59 (UTC +04:00)
Beyləqanda zəhərlənənlər evə buraxıldı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Beyləqanda zəhərlənmə diaqnozu ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 15 nəfər evə buraxılıb.

Bunu Trend-in Qarabağ bürosuna açıqlamasında Beyləqan Mərkəzi Rayon Xəstəxanasının Terapiya şöbəsinin müdiri Şahlar Hüseynov deyib.

"Zəhərlənən şəxslər xəstəxanaya çatdırılan kimi dərhal intensiv tədbirlər görüldü. Bir nəfər ambulator müalicəyə buraxıldı, 14 nəfər terapiya şöbəsinə yerləşdirildi", - şöbə müdiri qeyd edib.

O bildirib ki, yerləşdirilən zaman zərərçəkmişlərin ümumi vəziyyəti kafi olub:

"İntensiv tədbirlərlə vəziyyətləri yaxşıya doğru dəyişdi. Lakin buna baxmayaraq bir sutka nəzarətdə saxlanıldılar. Daha sonra hər biri evə buraxıldı".

Xatırladaq ki, zəhərlənmə pambıq sahəsində pambıq yığarkən baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti