...

Beyləqanda qaçırılan məktəbli qız tapılıb

Cəmiyyət Materials 8 Oktyabr 2022 21:16 (UTC +04:00)
Beyləqanda qaçırılan məktəbli qız tapılıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Beyləqan rayonu Qaralılar kəndindən qaçırılan 14 yaşlı məktəbli qız tapılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, rayon polis şöbəsi əməkdaşların həyata keçirdiyi müvafiq tədbirlərlə şərti adı A.A olan qızın qaçırıldığı istiqamət müəyyən olunaraq avtomobil saxlanılıb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti