...

Pedaqoji Universitetdə “Texnologiya günü” keçirildi (FOTO)

Cəmiyyət Materials 21 Dekabr 2022 14:19 (UTC +04:00)
Pedaqoji Universitetdə “Texnologiya günü” keçirildi (FOTO)

Bakı. Trend:

Dekabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Fizika fakültəsinin təşkilatçılığı ilə “Texnologiya günü” adlı tədbir keçirilib.

Universitetin böyük akt zalında keçirilən tədbirdə ADPU rəhbərliyi, fakültə dekanları, professor-müəllim heyəti və tələbələr iştirak edib.

“Texnologiya günü”nə həsr olunmuş sərgidə texnologiya müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrin hazırladıqları əl işləri, müxtəlif materiallardan dizayn edilmiş modellər, kulinariya məhsulları nümayiş etdirilib.

Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan bədii hissədə tələbələrin hazırladıqları rəqslər, tamaşalar iştirakçılara xoş təsir bağışlayıb. Vətən müharibəsində igid oğullarımızın qəhrəmanlıqlarını əks etdirən “Qayıdış” səhnəsi xüsusi maraqla qarşılanıb. Tədbir fakültə himninin ifası ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti