...

Bakı-Quba yolu hər iki istiqamətdə bağlanacaq

Cəmiyyət Materials 30 Dekabr 2022 12:20 (UTC +04:00)
Bakı-Quba yolu hər iki istiqamətdə bağlanacaq

Bakı. Trend:

Bakı-Quba yolu hər iki istiqamətdə bağlanacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci km-lik hissəsində yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq 2 yanvar 2023-cü il gecə saat 01:00-dan 05:00-dək (4 saat) hər iki istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan vaxt kəsiyində alternativ olaraq Saray-Novxanı yolundan istifadə etmələri xahiş olunur olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik", - açıqlamada deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti