...

“Anadolu Qartalı - 2023” beynəlxalq təlimində ilk uçuşlar icra olunub (VİDEO)

Cəmiyyət Materials 29 Aprel 2023 16:05 (UTC +04:00)
“Anadolu Qartalı - 2023” beynəlxalq təlimində ilk uçuşlar icra olunub (VİDEO)

Bakı. Trend:

“Anadolu Qartalı - 2023” beynəlxalq təlimində iştirak edən aviasiya vasitələrimiz ilk uçuşlarını yerinə yetiriblər.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə pilotlara təlim müddətində təhlükəsizlik qaydaları və digər məsələlərlə bağlı təlimat verilib.

Sonra aviasiya vasitələrimizin ekipajları təlim keçiriləcək ərazi ilə tanışlıq, hərəkət marşrutlarının öyrənilməsi və şərti hədəflərin qiymətləndirilməsi məqsədilə uçuşlar icra ediblər.

Uçuş zamanı təyyarələrin qarşılıqlı fəaliyyəti və rabitə əlaqəsi də yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti