...

Su sayğacları ilə bağlı əhaliyə ÇAĞIRIŞ

Cəmiyyət Materials 24 Yanvar 2024 15:06 (UTC +04:00)
Su sayğacları ilə bağlı əhaliyə ÇAĞIRIŞ
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Şaxtalı hava şəraitində su sayğaclarının donvurmadan qorunmasına diqqət yetirilməlidir.

Trend Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir ki, qeyri-sabit və şaxtalı hava şəraiti ilə əlaqədar içməli su xətlərinin və sayğacların donvurmadan qorunmasına ciddi diqqət yetirilməlidir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi abonentlərin diqqətinə çatdırır ki, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısını almaq üçün zəruri qabaqlayıcı tədbirlər görülməlidir.

Şaxtanın daha çox olduğu gecə saatlarında sayğacın içində suyun qalmaması üçün sayğacın giriş ventili bağlanmalı, çıxış ventili açıq saxlanmalı, sayğac qutularının qapağı bağlı saxlanmalı, sayğac qutusunun içi ağac yonqarı ilə mühafizə olunmalıdır. Eyni zamanda fərdi həyət evlərində açıq boruların izolyasiya edilməsi vacibdir.

Abonentlər şaxtalı hava şəraitində içməli su təchizatı və sayğacların istismarında qarşılaşdıqları problemlərlə bağlı 24 saat fəaliyyət göstərən 955 Zəng Mərkəzinə müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti