...

Bakıda olarkən gördüm ki, dialoq və sülh nə dərəcə önəmlidir - Qabriela Ramos

Siyasət Materials 1 May 2024 10:56 (UTC +04:00)
Bakıda olarkən gördüm ki, dialoq və sülh nə dərəcə önəmlidir - Qabriela Ramos
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qarşıya qoyduğumuz məqsədlərə dialoq yolu ilə nail ola bilərik.

Trend xəbər verir ki, bu barədə UNESCO baş direktorunun Sosial və Humanitar Elmlər üzrə köməkçisi Qabriela Ramos VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib.

“Milyonlarla insan çağırışlarla üzləşir. Burada, Bakıda olarkən gördüm ki, dialoq və sülh nə dərəcə önəmlidir. İnsanlar arasında parçalanma artır. Dünyada hər 5 adamdan 4-ü ayrı-seçkiliyə məruz qalır. Bu, beynəlxalq səviyyədə parçalanmaya gətirib çıxarır. Ona görə dialoq zəruridir. Biz, həmçinin, etimadın çatışmazlığı ilə üzləşirik.

Bu forumun keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Ev sahibliyi etdiyi üçün Azərbaycana minnətdarıq”, - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Xəbər lenti

Xəbər lenti