...

Xavinin qərarını dəyişən səbəb

İdman Materials 1 May 2024 02:03 (UTC +04:00)
Xavinin qərarını dəyişən səbəb

Bakı. Trend:

“Barselona”nın baş məşqçisi Xavi komandada qalmasına aydınlıq gətirib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, gənc mütəxəssis qərarını dəyişmə səbəbini açıqlayıb.

Xavi “Barsa”nın hər şeydən öndə gəldiyini deyib. O, komandadan böyük dəstək aldığını bildirib: “Hər şey qaydasındadır. Yanvarda baş verənlərə görə məsuliyyət daşıdığımı hiss edirdim. Ona görə də, prezidentlə müzakirələr apardıq, indi vəziyyət dəyişib. Kataloniyalılar çox emosionaldır. Klub tərəfindən, həmçinin Deku və futbolçuların dəstəyini hiss edirəm”.

Qeyd edək ki, klub prezidenti Joan Laporta ilə keçirdiyi mətbuat konfransında 44 yaşlı mütəxəssisin komandadakı fəaliyyətini davam etdirəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti