...

Kosmosda nüvə partlayışı dağıdıcı nəticələrə səbəb ola bilər - Pentaqon

Dünya xəbərləri Materials 1 May 2024 03:08 (UTC +04:00)
Kosmosda nüvə partlayışı dağıdıcı nəticələrə səbəb ola bilər - Pentaqon
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Heç bir dövlət kosmosda nüvə silahı yerləşdirməkdə maraqlı olmamalıdır.

Trend-in məlumatına görə, bu bəyanatla ABŞ-ın müdafiə nazirinin kosmik siyasət üzrə köməkçisi Con Plum Vaşinqtondakı Meridian Mərkəzində çıxış edib.

“Kosmosda nüvə partlayışı dağıdıcı nəticələrə səbəb ola bilər, xüsusən də aşağı Yer orbitinə əhəmiyyətli ziyan vura bilər",- deyə Con Plum qeyd edib.

Vurğulayıb ki, ABŞ Rusiyanın bu cür silahların kosmosda yerləşdirilməsi ehtimalı ilə bağlı bəyanatlarına çox ciddi yanaşır.

Qeyd edək ki, bu ilin fevralında ABŞ hökuməti, o cümlədən Prezident Cozef Bayden səviyyəsində Rusiyanı sübut təqdim etmədən kosmosa nüvə silahı yerləşdirmək imkanını nəzərdən keçirməkdə ittiham edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti