...

İlon Maskın sərvəti bir həftə ərzində 37,3 milyard dollar artıb

Dünya xəbərləri Materials 1 May 2024 01:37 (UTC +04:00)
İlon Maskın sərvəti bir həftə ərzində 37,3 milyard dollar artıb

Bakı. Trend:

Amerikalı milyarder İlon Maskın sərvəti aprelin son həftəsində 37,3 milyard dollar artıb.

Trend-in məlumatına görə, bu barədə “Bloomberg” agentliyi xəbər verib.

Bu göstərici Maskın 2022-ci ilin martından bəri ən böyük həftəlik artımıdır.

Agentliyin qeyd etdiyi kimi, Mask hazırda dünyanın ən varlı adamları siyahısında üçüncü yerdədir. Onun sərvəti 202 milyard dollar dəyərində qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti