...

Rumıniyada NATO-nun təlimi keçiriləcək

Dünya xəbərləri Materials 30 Aprel 2024 23:29 (UTC +04:00)
Rumıniyada NATO-nun təlimi keçiriləcək

Bakı. Trend:

Rumıniyada mayın 5-dən 24-dək NATO-nun “Swift Response 24” hava-desant təlimi keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ümumilikdə manevrlərə NATO-nun 7 ölkəsindən və onların tərəfdaşlarından 5 min hərbi qulluqçu və 320 hərbi texnika cəlb olunacaq.

“Təlim çərçivəsində Almaniya, İspaniya, Niderland, Rumıniya, ABŞ və Fransadan 2 minə yaxın paraşütçünün iştirakı ilə İkinci Dünya müharibəsindən sonra Avropanın ən böyük hava-desant əməliyyatlarından biri həyata keçiriləcək”, - məlumatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti