...

Türkiyədə daxili reyslərin biletləri bahalaşdı

Dünya xəbərləri Materials 1 May 2024 11:05 (UTC +04:00)
Türkiyədə daxili reyslərin biletləri bahalaşdı
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə hökuməti daxili aviareys biletlərinin qiymətləri üçün maksimum səviyyəni dəyişib.

Trend xəbər verir ki, bu barədə Türkiyə KİV yazıb.

Məlumata görə, Türkiyədə daxili aviareyslərin biletlər üzrə qiymət tavanı sonuncu dəfə ötən ilin avqust ayında yenilənib. O zaman ölkə rəhbərliyi bir istiqamətdə biletlərin qiymətlərinin 2500 lirəni (həmin dövr üzrə məzənnəyə əsasən təqribən 92,5 dollar) keçməməsinə diqqət yetirib.

Qeyd olunub ki, Türkiyə Mülki Aviasiya Baş İdarəsi ölkə daxilində bir istiqamətdə uçuşlar üzrə qiymət tavanını 3250 lirə olaraq müəyyənləşdirib.

KİV yazır ki, "Turkish Airlines" aviaşirkəti artıq hökumətin tələblərinə əsasən tariflərinə düzəliş edib. Belə ki, artıq İstanbuldan Antalyaya uçuş biletinin qiyməti 2500 lirədir. Bu zaman sərnişin özü ilə əl yükü götürə və 15 kiloqrama qədər baqajı təhvil verə bilər.

"Pegasus" aviaşirkətinin də analoji tədbir gördüyü qeyd olunub. Aviaşirkətin daxili aviareyslər üzrə Antalyaya uçuş biletinin qiyməti də artıq ən azı 2500 lirə təşkil edir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti