Bakı. Trend:
Azərbaycan və Ermənistan Almatıda danışıqlarda iştirakını təsdiqləyib
Trend xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda keçiriləcək görüşünün vaxtı əlavə olaraq açıqlanacaq.
Qeyd edək ki, bundan əvvəl bu gün Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Bakaev jurnalistlərə bildirib ki, Yerevan danışıqlarda iştirakını hələ təsdiq etməyib.
Xatırladaq ki, bir müddət əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Ermənistan arasında danışıqlar üçün platforma təklif etmişdi.