...

PSJ Luis Enrike ilə bağlı qərarını açıqlayıb

İdman Materials 1 May 2024 04:51 (UTC +04:00)
PSJ Luis Enrike ilə bağlı qərarını açıqlayıb

Bakı. Trend:

PSJ rəhbərliyi Luis Enrike ilə müqavilə müddətini artırmağa qərar verib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, parislilər ispaniyalı mütəxəssisin işindən razıdır.

Enrikenin rəhbərliyi ilə komanda uğurlu çıxış edir. PSJ onun başçılığı olə İspaniya çempionu olub və Çempionlar Liqasında yarımfinala vəsiqə qazanıb. Təcrübəli məşqçinin gənc futbolçulara üstünlük verməsi və bəzi matçlarda Kilian Mbappe olmadan da yaxşı nəticə qazanması rəhbərliyi razı salıb.

Qeyd edək ki, Luis Enrikenin müqaviləsi gələn ilin yayında bitəcək. Hələlik ispaniyalı təklifə cavab verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti