Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində "Sumqayıt Aşqarlar" ASC-nin yaxınlığında açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Yanğının müəssisənin ərazisinə keçməsinin qarşısı alınıb.
FHN-dən bildirilib ki, yanğın Nazirliyin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.