...

Bəstəkar Rövşən Rzayev vəfat etdi

Mədəniyyət Materials 1 May 2024 10:54 (UTC +04:00)
Bəstəkar Rövşən Rzayev vəfat etdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pianoçu, cazmen, pedaqoq Rövşən Rzayev vəfat edib.

Trend xəbər verir ki, bu barədə onun dostu, vokalist, bəstəkar Qasım Xəlilov sosial şəbəkə hesabında paylaşım edib.

Q.Xəlilovun sözlərinə görə, Azərbaycan Milli Konservatoriyasında pedaqoq kimi də fəaliyyət göstərən Rövşən Rzayev estradamızının başlanğıcında dayanıb, Rəşid Behbudov və Müslüm Maqomayevlə çalışıb:

“Bu gün Rövşənin tələbəsi gənc cazmenlərin müsabiqəsində instrumental ifaçılar arasında birinci yeri tutdu. Bu gün Beynəlxalq Caz Günüdür və bu gün belə bir cazmeni itirdik”.

Xəbər lenti

Xəbər lenti