...

ABŞ-da "F-16" qırıcısı qəzaya uğrayıb

Hadisə Materials 1 May 2024 05:57 (UTC +04:00)
ABŞ-da "F-16" qırıcısı qəzaya uğrayıb

Bakı. Trend:

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "F-16" təyyarəsi çərşənbə axşamı Nyu-Meksiko ştatında Holloman Hərbi Hava Qüvvələri bazası yaxınlığında qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bu barədə "Fox News" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, hadisə yerli vaxtla saat 11:50-də "Uayt Sends" Milli Parkı yaxınlığında baş verib. Qırıcının göyərtəsində yalnız pilot olub, o katapultasiya edib. Ona tibb yardım göstərilib.

"Uayt Sends" Parkının bəzi hissələri ictimaiyyət üçün bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti