...

Pakistan Dövlət Bankı BVF-dən 1,1 milyard dollar məbləğində tranş alıb

İqtisadiyyat Materials 30 Aprel 2024 22:26 (UTC +04:00)
Pakistan Dövlət Bankı BVF-dən 1,1 milyard dollar məbləğində tranş alıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pakistan Dövlət Bankı (SBP) bu gün Beynəlxalq Valyuta Fondundan (BVF) 1,1 milyard dollar məbləğində üç tranşın sonuncunun alındığını təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə "The Express Tribune" qəzeti Banka istinadən bildirib.

Məlumata əsasən, aprelin 29-da BVF-nin İcraiyyə Şurası Pakistanın 3 milyard dollar məbləğində ehtiyat sazişinin şərtlərinə uyğunluğunun ikinci və yekun yoxlanışından sonra qalan vəsaitin ayrılmasını təsdiqləyib.

Qeyd olunub, İslamabad artıq fondla yeni ortamüddətli müqavilədə maraqlı olduğunu bildirib və bu müqavilə çərçivəasində maliyyə sisteminin qalan çatışmazlıqlarını aradan qaldırmaq və milli iqtisadiyyatın xarici amillərə qarşı dayanıqlığını artırmaq üçün vəsait alacağına ümid edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti