...

Ukrayna XİN Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı razılaşmaları alqışlayıb

Siyasət Materials 1 May 2024 00:58 (UTC +04:00)
Ukrayna XİN Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı razılaşmaları alqışlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna Xarici İşlər Nazirliyi 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası haqqında sazişi alqışlayır.

Trend-in məlumatına görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Nazirlik vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında sərhədin suverenlik və ərazi bütövlüyünə hörmət əsasında delimitasiyası “ölkələr arasında münasibətlərin normallaşması, regionda sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün zəruri şərtdir”.

Nazirlik bildirib ki, Baltikyanı ölkələr, Qara dəniz regionu, Cənubi Qafqaz və Mərkəzi Asiya üçün təhlükələr qarşısında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası ilə bağlı razılığın əldə edilməsi sabitliyin əlavə və mühüm amilidir.

Xəbər lenti

Xəbər lenti