...

ABŞ həm Azərbaycan, həm də Ermənistanla danışıqlar aparmaqda davam edir - Dövlət Departamenti

Siyasət Materials 1 May 2024 00:37 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ həm Azərbaycan, həm də Ermənistanla danışıqlar aparmaqda davam edir.

Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel brifinqdə bildirib.

O qeyd edib ki, bu məsələlərdə ABŞ dövlət katibi Antoni Blinken şəxsən məşğuldur:

"Bu, Katibin özünün şəxsən dərindən məşğul olduğu sahədir. İşlədiyi müddətdə Azərbaycan və Ermənistanla mütəmadi olaraq əlaqə saxlayıb və hər iki ölkə ilə əlaqələrimiz davam edir. Biz inanırıq ki, sülh mümkündür və biz buna doğru çalışmaqda davam edəcəyik".

Qeyd edək ki, aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Dövlət katibi Antoni Blinken ABŞ ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin gücləndirilməsi üçün ölkəsinin niyyətini ifadə edərək enerji, iqlim, nəqliyyat, COP29 sahələrində əməkdaşlıq məsələlərini qeyd edib. Prezident İlham Əliyev də öz növbəsində Azərbaycanın ABŞ ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti