...

Rusiyanın Cənubi Kuril adaları yaxınlığında zəlzələ olub

Dünya xəbərləri Materials 1 May 2024 04:17 (UTC +04:00)
Rusiyanın Cənubi Kuril adaları yaxınlığında zəlzələ olub

Bakı. Trend:

Sakit okeanda Rusiya Saxalin vilayətindin Cənubi Kuril adaları yaxınlığında 3,6 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Saxalin filialından bildiriblər.

Məlumata əsasən, zəlzələnin episentri Malokurilskoye kəndindən (Şikotan adası) 17 km cənubda olub. Yeraltı təkanların ocağı 42 km dərinlikdə yerləşib.

Bildirilib ki, Malokurilskdə seysmik hadisə iki-üç bal gücündə hiss olunub. Sunami xəbərdarlığı elan edilməyib, heç kim xəsarət almayıb və dağıntı olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti