Bakı. Trend:
Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, ilk oyunlar çərçivəsində bir matç baş tutub.
Münhendə Avropanın nəhənglərindən ikisi üz-üzə gəlub. “Bavariya”- “Real” qarşılaşmasında qapılara 4 top vurulub. Fasiləyə "Real" üstün yollansa da, ikinci hissənin əvvəlində münhenlilər 2 qol vurublar. Sona yaxın Madrid klubu penalti zərbəsi ilə məğlubiyyətdən qaça bilib.
Qeyd edək ki, mayın 1-də keçiriləcək digər yarımfinalda Dortmund “Borussiya”sı PSJ-ni qəbul edəcək.
Çempionlar Liqası
Yarımfinal, ilk oyun
30 aprel
23:00. “Bavariya” – “Real” - 2:2
Qollar: Sane, 53. Keyn, 57 (pen.) - Vinisius, 24;
83 (pen.)