...

Prezident İlham Əliyev: COP29-a ev sahibi kimi biz indi rolumuzu körpülərin salınmasında görürük

Siyasət Materials 1 May 2024 11:12 (UTC +04:00)
Prezident İlham Əliyev: COP29-a ev sahibi kimi biz indi rolumuzu körpülərin salınmasında görürük

Bakı. Trend:

Azərbaycan yekdil qərarla COP29-a ev sahibliyi edəcək ölkə kimi seçildi. Biz indi öz rolumuzu körpülərin salınmasında görürük.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.

Tariximiz, coğrafiyamız, qarşılıqlı əlaqələrimiz, Avropa təsisatları ilə münasibətlər, eyni zamanda, coğrafi baxımdan Qərb ilə Şərq arasında yerləşməyimiz sayəsində çox işlər görə biləcəyimizi xatırladan dövlətimizin başçısı deyib: “Maliyyə COP29-un əsas mövzusu olacaq. Amma bizə həmrəylik və qarşılıqlı etimad lazımdır”.

Xəbər lenti

Xəbər lenti