...

Blinken yenidən İsrailə səfər edib

Dünya xəbərləri Materials 1 May 2024 10:16 (UTC +04:00)
Blinken yenidən İsrailə səfər edib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ dövlət katibi Entoni Blinken yenidən İsrailə səfər edib.

Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller "X" platformasında məlumat paylaşıb.

O bildirib ki, ABŞ dövlət katibi İsrailin baş naziri Benyamin Netanyahu, prezident İshaq Hersoq ilə danışıqlar aparacaq.

Bundan başqa, Blinken amerikalı girovların ailələri ilə görüşəcək. Daha sonra ABŞ dövlət katibi Qəzza zolağına humanitar yardımın çatdırılması prosesini izləmək üçün Aşdod limanına gedəcək.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

@StateDeptSpox
Xəbər lenti

Xəbər lenti