Bakı. Trend:
Bu il Norveç hökuməti Ukraynaya krallığın büdcəsindən 7 milyard kron (indiki məzənnə ilə 632 milyon dollar) dəyərində əlavə yardım göndərəcək.
Trend-in məlumatına görə, bu barədə Norveçin Baş naziri Yonas Qar Störe deyib.
Baş nazir vurğulayıb ki, ayrılan məbləğdən 6 milyard kron (540 milyon dollar) ölkəyə hərbi yardım göstərmək üçün nəzərdə tutulub. Pulun qalan hissəsi humanitar və vətəndaş proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək.